Dövlət sərhəddini pozmaq istəyən şəxs saxlanılıb - Foto
Tarix: 27-11-2023 09:14 | Bölmə: Cəmiyyət
Dövlət sərhəddini pozmaq istəyən şəxs saxlanılıb

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

Reyting.az
xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildiriblər.

Məlumata görə, noyabrın 25-də saat 19:20-də Balakən rayonunun Yeni Şərif kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 1994-cü il təvəllüdlü Pakistan İslam Respublikası vətəndaşı İqbal Syed Kashıf Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.





Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}