20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Nazir: "Elə şərait yaratmaq lazımdır ki, alim sırf elmlə məşğul olsun"
Tarix: 29-11-2023 11:50 | Bölmə: Cəmiyyət
Nazir: "Elə şərait yaratmaq lazımdır ki, alim sırf elmlə məşğul olsun"

"Hələ də doktoranturaya istedadlı şəxslərin cəlb edilməsi ilə bağlı ciddi problemlərimiz var".

Reyting.az
xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın bu gün keçirilən ümumi yığıncağında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, tədqiqatçının statusu məsələsi bu məsələdə gündəmə gəlir: "Alimlərin statusu vacibdir. Elə şərait yaratmaq lazımdır ki, alim sırf elmlə məşğul olsun. Həmin şəxsə siyasi status, yaxud hər hansı inzibati vəzifə verəndə alim olmur, çünki elmlə məşğul olmağa vaxtı qalmır. Misal olaraq, Əziz Sancar heç yerdə direktor deyil, sırf elmlə məşğul olur. Kənar işlərə, inzibati vəzifələrə meyl etməkdənsə, elmlə məşğul olmaqdan qürur duysun".




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər