20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Məhkəmə milyarderin əleyhinə qərar verib
Tarix: 29-11-2023 17:26 | Bölmə: Cəmiyyət
Məhkəmə milyarderin əleyhinə qərar verib

“LetterOne” investisiya şirkətinin həmtəsisçisi, rusiyalı milyarder German Xanın Avropa İttifaqının tətbiq etdiyi sanksiyalara qarşı məhkəmə iddiası təmin edilməyib.

Reyting.az
xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Agentliyin yazdığına görə, müvafiq qərarı çərşənbə günü Avropa İttifaqının Lüksemburqdakı Ədalət Məhkəməsi qəbul edib.

Xatırladaq ki, German Xan biznes ortağı Mixail Fridman ilə birlikdə sahib olduğu “Alfa Grup”-un ortaq sahibi kimi Avropa İttifaqının (Aİ) sanksiyalar siyahısına daxil edilib.

Aİ-nin iddiasına görə, Xan Putinlə "yaxın münasibət saxlayır" və "ona əhəmiyyətli xidmətlər göstərməyə davam edir". “Alfa Qrup”unun sahibləri isə bu əlaqələrdən biznes və hüquqi faydalar götürürlər.

Xan, həmçinin Lüksemburqda yerləşən “LetterOne” şirkəti ilə tanınır. Bu şirkət 2013-cü ildə Mixail Fridman, Aleksey Kuzmiçev və Peter Aven tərəfindən təsis edilib. Onlar 2022-ci ilin martında sanksiyaya məruz qaldıqdan sonra direktorlar şurasından istefa veriblər.

2018-ci ildən German Xan ABŞ Maliyyə Nazirliyinin “qara siyahısı”na daxil edilib. Bu siyahıda Rusiya prezidenti Vladimir Putinə yaxın olan və sanksiya tətbiq oluna biləcək 200-dən çox rusiyalı olub.

2022-ci il martın 15-dən Xan Putinlə sıx əlaqələri və Rusiya Federasiyasının maliyyə sektorunda işləməsi səbəbindən bütün Aİ ölkələrinin sanksiyaları altındadır.

Böyük Britaniya və İsveçrə də Xana qarşı sanksiyalar tətbiq edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər