14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
"Kanal 13”ün rəhbəri təcridxanaya köçürülüb
Tarix: 29-11-2023 17:37 | Bölmə: Cəmiyyət
"Kanal 13”ün rəhbəri təcridxanaya köçürülüb

Səbail Rayon Məhkəməsi tərəfindən barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilən “Kanal 13” Tv -nin rəhbəri Əziz Orucov 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Bu barədə Gununsesi.info-ya onun vəkili Bəhruz Bayramov bildirib.

Bəhruz Bayramovun sözlərinə görə, Əziz Orucovun müdafiəsinə daha bir vəkil qoşulub:

“Tanınmış vəkillər Fəxrəddin Mehdiyev və Aqil Layic də Əziz Orucovun hüquqlarının müdafiəsində iştirak edəcək”.

Qeyd edək ki, Əziz Orucov Cinayət Məcəlləsinin 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi ilə ittiham olunur. Jurnalist ittihamı qəbul etmir və həbsini öz peşə fəaliyyəti ilə əlaqələndirir.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:54 Sabah yağış yağacaq
Dünən, 13:06 Sabah yağış yağacaq
14-06-2025, 12:36 Sabah yağış yağacaq
13-06-2025, 09:22 Yardımlıda traktor aşıb