20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Bakıda məktəbli qızılcadan ölüb?
Tarix: 30-11-2023 12:46 | Bölmə: Cəmiyyət
Bakıda məktəbli qızılcadan ölüb?

Bakıda məktəbli vəfat edib. Sosial şəbəkədə yayılan məlumata görə, Qaradağ rayonu 195 saylı məktəbin Rinat adlı 4-cü sinif şagirdi dünyasını dəyişib.

Reyting.az
xəbər verir ki, məktəblinin qızılcadan öldüyü bildirilir.

TƏBİB-in məlumatına görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 61-ci km ünvanından 30.11.2023-cü ildə 04:26 radələrində çağırış daxil olub:

"Təcili və təxirəsalınmaz tibbi yardım briqadaları tərəfindən ünvanda 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxsin həkiməqədər ölümü qeydə alınıb”.

Qeyd olunur ki, şəxsin ölüm səbəbini tibbi ekspertiza, pataloji anatomik müayinə və təşrihdən sonra müəyyənləşdirmək mümkündür.

Xatırladaq ki, Qaradağ rayonunda yerləşən 195 saylı orta məktəbin direktoru Laçın Hüseynli təhsil müəssisəsinin 4-cü sinif şagirdi Rinatın qızılca xəstəliyindən dünyasını dəyişdiyini deyib.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər