AXCP fəalı narkotik satışında ittiham olunur
Tarix: 30-11-2023 15:20 | Bölmə: Cəmiyyət
AXCP fəalı narkotik satışında ittiham olunur

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Həsənov barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə cinayət işi açılıb.

Reyting.az
“Turan”-a istinadla xəbər verir ki, bu barədə dövlət tərəfindən təyin edilmiş vəkil Rəfael Allahverdiyev bildirib.

Onun sözlərinə görə, Həsənov ittihamı təkzib edir. Vəkil məhkəmənin polisin Həsənov barəsində qətimkan tədbiri seçilməsi haqqında vəsatətinə nə vaxt baxacağı haqqında məlumata malik deyil.

Xatırladaq ki, fəal iki gün əvvəl maşın bazarında mülki geyimli polislər tərəfindən saxlanılıb. Bu, Həsənovun sosial şəbəkələrdə yol polisini tənqid etməsindən, əsassız cərimə tətbiqində ittiham etməsindən sonra baş verib. O, həmçinin ölkə hakimiyyətini tənqid edir, ölkədə qanunların işləmədiyini yazırdı. AXCP-də hesab edirlər ki, Həsənov məhz bu tənqidə görə məsuliyyətə cəlb olunur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}