12:52 / 08-05-2024
Sabah yağış yağacaq
BQXK Ermənistanda saxlanılan iki azərbaycanlının vəziyyətini nəzarətdə saxlayır
Tarix: 06-12-2023 12:11 | Bölmə: Cəmiyyət
BQXK Ermənistanda saxlanılan iki azərbaycanlının vəziyyətini nəzarətdə saxlayır

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) hazırda Ermənistanda saxlanılan iki azərbaycanlının vəziyyəti ilə maraqlanır.

Məlumata görə, bunu komitənin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova dekabrın 6-da Naftalan şəhərində media qurumlarının regional nümayəndələri üçün məlumat sessiyası zamanı bildirib.

Onun sözlərinə görə, hazırda BQXK əməkdaşları Ermənistanda 2 nəfərə baş çəkir, onların vəziyyəti ilə maraqlanır, ailələri ilə əlaqə saxlamaları üçün şərait yaradılır.

Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib. Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.

Ermənistan məhkəməsi mayın 8-də A.Bəbirovu 11,5 il müddətinə, iyunun 21-də isə H.Axundovu 20 il müddətinə azadlıqdan məhrum edib(Report).




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:52 Sabah yağış yağacaq
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}