Ağır cinayətlərdə ittiham olunan şəxs ölkəsinə təhvil verilir
Tarix: 09-12-2023 10:03 | Bölmə: Cəmiyyət
Ağır cinayətlərdə ittiham olunan şəxs ölkəsinə təhvil verilir
Viktor Panyuşin

Şimali Kipr Türk Respublikasının (ŞKTR) hakimiyyət orqanları İnterpol tərəfindən axtarışda olan, kriminal mühitdə Vitya Pan ləqəbli Viktor Panyuşini Rusiyaya ekstradisiya etmək qərarına gəlib.

Reyting.az
"Habertürk" qəzetinə istinadla bildirir ki, məhkəmə orqanları Panyuşinin Rusiya Federasiyasının hüquq-mühafizə orqanları tərəfindən öz ərazisində doqquz maddə ilə törədilmiş cinayətlərə görə axtarışda olduğunu nəzərə alıb. Bunlara adamöldürmə, cinayət təşkilatı yaratma, qanunsuz qumar oyunlarının təşkili və aparılması, mütəşəkkil bir qrup şəxs tərəfindən adam oğurluğu daxildir.

Məlumata görə, ittiham olunan şəxslə bağlı hüquqi prosedurlar başa çatdıqdan sonra o, Türkiyəyə aparılaraq, oradan Rusiya ərazisinə köçürüləcək.

“Habertürk” yazır ki, Panyuşin əvvəllər Rusiya Federasiyasından Ukraynaya qaçıb, orada fərqli soyad və doğum tarixi ilə Ukrayna pasportu əldə edib. O, 2023-cü ilin əvvəlində KKTC-yə gəlib. Polis onu saxta sənədlər təqdim etdiyinə görə saxlayıb və İnterpol onun ekstradisiyasını tələb edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}