Bakı-Sumqayıt şosesində ağır qəza: ölən və yaralılar var - Yenilənib
Tarix: 10-12-2023 09:53 | Bölmə: Cəmiyyət
Bakı-Sumqayıt şosesində ağır qəza: ölən və yaralılar var

Bakı-Sumqayıt şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Reyting.az
“Report”a istinadla bildirir ki, hərəkətdə olan “Ford Tranzit” markalı avtomobil yolun kənarındakı beton maneəyə çırpılıb.

Hadisə yerinə təcili tibbi yardım avtomobilləri və polis əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, qəza nəticəsində azı dörd nəfər xəsarət alıb, bir nəfər isə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

***

Bakı-Sumqayıt şosesində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər yaralanıb.


Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Yaralılardan dördünün vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə, digər ikisi isə travmatologiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, qəzada bir nəfər dünyasını dəyişib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}