18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Zabux kənd tam orta məktəbi fəaliyyətə başlayıb
Tarix: 13-12-2023 11:54 | Bölmə: Cəmiyyət
Zabux kənd tam orta məktəbi fəaliyyətə başlayıb

Laçın rayonunun Zabux kənd tam orta məktəbi fəaliyyətə başlayıb.

Reyting.az 
xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

176 şagird yerlik Zabux kənd tam orta məktəbi binasının ümumi sahəsi 1245 kvadratmetrdir. Binada 11 sinif otağı, kimya, fizika laboratoriya otaqları, informatika kabineti, yeməkxana, tibb otağı, akt və gimnastika zalları, hərbi hazırlıq kabineti və kitabxana yaradılıb.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev ötən il sentyabrın 22-də Laçın rayonu, Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalamışdı.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}