Sabah yağış və qar yağacaq
Tarix: 13-12-2023 12:41 | Bölmə: Cəmiyyət
Sabah yağış və qar yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

Reyting.az
xəbər verir ki, yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Dekabrın 13-dən 14-nə keçən gecə Abşeron yarımadasının əsasən şimalında qısamüddətə yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu olacaq. Nisbi rütubət 80-85 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}