23:54 / 20-05-2024
Masallı sakini güllələnib
Qarabağda xüsusi radiorabitə şəbəkəsi genişləndirilir
Tarix: 13-12-2023 15:07 | Bölmə: Cəmiyyət
Qarabağda xüsusi radiorabitə şəbəkəsi genişləndirilir

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində xüsusi radiorabitə şəbəkəsinin genişləndirilməsi işləri davam etdirilir.

Reyting.az
xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildiriblər.

Məlumata görə, cari ilin ötən dövrü ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində xüsusi radiorabitə şəbəkəsinin genişləndirilməsi məqsədilə müvəqqəti istifadəyə verilmiş 11 baza stansiyasının tam əsaslı təmiri və qurulması işləri başa çatdırılıb.

Digər sahələrdə işlər paralel olaraq və mərhələli şəkildə davam etdirilir.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}