14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
Xaricdə doktorantura təhsili alacaq namizədlərin siyahısı təsdiqlənib
Tarix: 14-12-2023 10:57 | Bölmə: Cəmiyyət
Xaricdə doktorantura təhsili alacaq namizədlərin siyahısı təsdiqlənib

2023-cü il ərzində “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair son sənəd qəbulu üzrə proqram iştirakçısı adını qazanmış namizədlərin siyahısı təsdiq olunub.

Reyting.az
 xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yekun nəticələrə əsasən, ümumilikdə 32 namizəd Dövlət Proqramına qəbul olub.

Qeyd edək ki, hazırda “2019–2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində 23 ölkənin müvafiq reytinq cədvəlləri üzrə ilk 500-də yer alan ali təhsil müəssisələrində 260 Azərbaycan Respublikası vətəndaşı doktorantura səviyyəsi üzrə təhsil alır. Tələbələr ölkənin siyasi-iqtisadi inkişafı üçün önəmli olan 7 prioritet ixtisas istiqaməti ilə bağlı bilik əldə edirlər.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:54 Sabah yağış yağacaq
Dünən, 13:06 Sabah yağış yağacaq
14-06-2025, 12:36 Sabah yağış yağacaq
13-06-2025, 09:22 Yardımlıda traktor aşıb