20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
İcbari tibbi sığortanın Xidmətlər Zərfinə yeni tibbi xidmətlər əlavə ediləcək
Tarix: 14-12-2023 11:29 | Bölmə: Cəmiyyət
İcbari tibbi sığortanın Xidmətlər Zərfinə yeni tibbi xidmətlər əlavə ediləcək

İcbari tibbi sığortanın Xidmətlər Zərfinə yeni tibbi xidmətlər əlavə ediləcək.

Reyting.az
xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun illik hesabatını təqdim edərkən məlumat verib.

Onun sözlərinə görə, İcbari tibbi sığortanın Xidmətlər Zərfinin təkmilləşdirilməsi üzərində işlənilir: "Mərhələləli şəkildə ambulator müalicədə resept əsasında yazılan bəzi dərman vasitələrinin sığorta hesabına qarşılanması nəzərdə tutulur. İlk il ürək-damar sistemi xəstəlikləri, ikinci il həzm sistemi, növbəti ildə isə tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrini sığortaya daxil etməyi hədəfləmişik. Vətəndaşların dərmanlarla təmin edilməsi məqsədilə apteklərlə müqavilələrin bağlanılması nəzərdə tutulub. Həmçinin dərman vasitələrinin pozitiv siyahısı hazırlanacaq. Pozitiv siyahı ambulator şəraitdə sığorta ilə qarşılanan dərman vasitələrinin məcmusudur. Əlbəttə ki, bütün bu qeyd etdiklərim layihə şəklində hazırlanır, rəy və təklifləri öyrənmək məqsədilə aidiyyəti qurumlara təqdim ediləcək"(Report).




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər