23:54 / 20-05-2024
Masallı sakini güllələnib
Məleykə Abbaszadə: "5-10 ildən sonra tədris etdiyi fənni güclü bilən müəllimlər işləyəcək"
Tarix: 15-12-2023 12:16 | Bölmə: Cəmiyyət
Məleykə Abbaszadə: "5-10 ildən sonra tədris etdiyi fənni güclü bilən müəllimlər işləyəcək"

Təxminən 5-10 ildən sonra məktəblərdə tədris etdiyi fənni güclü bilən müəllimlər işləyəcək.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.

DİM sədri bildirib ki, pedaqoji ixtisaslara qəbulla bağlı araşdırmalar aparılıb: "Nəticəyə əsasən 2009-cu ildən bu ixtisas üzrə qəbul planı artıb. Bu ilki qəbulun 20 %-ni məhz pedaqoji ixtisas təşkil edib. Hələ də müəllim peşəsi qadın işi kimi qəbul edilir. Oğlanlar əsasən texnologiya sahəsi üzrə görülür. Bu il pedaqoji ixtisaslar üzrə abituriyentlərin orta bal göstəricisi 343 olub və bu riyazi üsullarla hesablanıb"(Report).




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}