Şadlıq sarayında qətl: keçmiş sevgilisini güllələyən şəxs özünü öldürüb
Tarix: 15-01-2024 11:28 | Bölmə: Cəmiyyət
Şadlıq sarayında qətl: keçmiş sevgilisini güllələyən şəxs özünü öldürüb

Dünən axşam saatlarında Türkiyədə keçirilən toy mərasimində dəhşətli cinayət hadisəsi baş verib.

Reyting.az
-ın xəbərinə görə, hadisə gecə saat 23:00 radələrində Necip Fazıl məhəlləsi Trabzon küçəsində yerləşən şadlıq sarayında qeydə alınıb.

Dəvət olunduğu toya gələn Ahmet Taşan toyda rəqs edən keçmiş sevgilisi Kader T.-ni tapança ilə güllələyib. Kader T.-ni ağır yaralayan Ahmet Taşan daha sonra başına atəş açaraq həyatına son qoyub.

Xəbərdarlıq üzərinə hadisə yerinə sağlamlıq və polis qrupları gəlib. Şadlıq sarayına gələn təcili yardım qrupu ağır yaralanmış Kader T.-ni xəstəxanaya aparıb. Ahmet Taşanın cansız bədəni hadisə yerində aparılan araşdırmalardan sonra xəstəxanadakı ölüxanaya göndərilib.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}