Qar yağacaq, güclü külək olacaq - Proqnoz
Tarix: 21-01-2024 12:54 | Bölmə: Cəmiyyət
Qar yağacaq, güclü külək olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Reyting.az
xəbər verir ki, bu, Milli Hidrometeorologiya Xidmətinin yanvarın 22-nə gözlənilən hava şəraiti ilə bağlı proqnozunda bildirilir.

Lakin yanvarın 22-i günün ikinci yarısından fasilələrlə yağış yağacaq, gecəyə doğru isə bəzi yerlərdə sulu qara keçmə ehtimalı var.

Şimal-qərb küləyi yarımadanın bəzi yerlərində arabir güclənəcək.

Havanın temperaturu gecə və gündüz 3-6° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.




Bölməyə aid digər xəbərlər
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}