20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Keçmiş baş nazirə ailə qurmasına görə də cəza verilib
Tarix: 03-02-2024 17:11 | Bölmə: Cəmiyyət
Keçmiş baş nazirə ailə qurmasına görə də cəza verilib

Pakistanın keçmiş baş naziri İmran Xan və onun 2018-ci ildə evləndiyi həyat yoldaşı “rəsmi qaydalara uyğun olmayan evlilik” ittihamı ilə hər biri 7 il müddətinə azadlıqdan məhrum edilib.

Reyting.az
xəbər verir ki, Pakistanda dövlət sirrini açıqlamaq və qeyri-qanuni şəkildə rəsmi hədiyyələr satmaq ittihamı ilə ümumilikdə 24 il həbs cəzası alan keçmiş baş nazir İmran Xan son olaraq rəsmi nikahda olmaq iddiası ilə 7 il həbs cəzası alıb.

71 yaşlı İmran Xan 2018-ci ildə evləndiyi Büşra Xanla evliliyinin qanuna zidd olduğu səbəbilə həyat yoldaşı ilə birlikdə 7 il həbs cəzasına məhkum edilib. Cütlük həmçinin ümumilikdə 3600 dollar cərimə olunub.

İmran Xanın partiyasından verilən açıqlamada “məhkəmənin özbaşına qərar qəbul etdiyi” bildirilib.

İmran Xan 2018-ci ilin yanvarında, baş nazir olana qədər Buşra Bibi ilə evlənib. Xanın həyat yoldaşı, İslama görə keçmiş həyat yoldaşından boşandıqdan sonra tələb olunan vaxtı gözləmədən keçmiş baş nazirlə evlənməkdə ittiham olunur. 30 il evli olduğu Büşra Xanın keçmiş həyat yoldaşı cütlükdən şikayət edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər