SUV model avtomobillər Avropadan yığışdırılacaq
Tarix: 06-02-2024 10:18 | Bölmə: Cəmiyyət
SUV model avtomobillər Avropadan yığışdırılacaq

Qlobal istiləşmə ilə mübarizə çərçivəsində SUV model avtomobillərin azaldılması təklifi Fransanın paytaxtı Parisdə qəbul edilib.

Reyting.az
xəbər verir ki, bu məqsədlə keçirilən referendumda iştirak edənlərin 54,55 faizi sözügedən avtomobillər üçün parklanma haqqının üç dəfə artırılmasına “Bəli” deyib. Bu qərardan sonra çəkisi 1,6 tondan çox olan avtomobilin Paris küçələrində parklanmasının qiyməti saatda 18 avro təşkil edəcək.

Ehtimal edilir ki, bu qərar zəncirvari şəkildə digər Avropa ölkələrində də qəbul ediləcək.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}