20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Daha bir qazinin tibbi xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb
Tarix: 06-02-2024 15:55 | Bölmə: Cəmiyyət
Daha bir qazinin tibbi xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir.

Reyting.az
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Vətən müharibəsi qazisi Arif Yusubovun tibbi xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.

Qeyd edək ki, ərazi bütövlüyümüz uğrunda döyüşlərdə ağır yaralanan Arif Yusubov “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalları, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər