20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Tibb müəssisələri prezident seçkiləri ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib
Tarix: 06-02-2024 17:58 | Bölmə: Cəmiyyət
Tibb müəssisələri prezident seçkiləri ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

Növbədənkənar prezidenti seçkiləri ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Mərkəzi Seçki Komissiyası (MSK) ilə əməkdaşlıq edir.

Reyting.az
xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, görülən tədbirlər çərçivəsində TƏBİB-in müvafiq tabeli tibb müəssisələri fevralın 5-dən gücləndirilmiş iş rejiminə keçib və bu, fevralın 8-dək davam edəcək.

Səhhəti ilə əlaqədar müalicə alan seçicilər üçün Sabunçu Tibb Mərkəzi, Sumqayıt Tibb Mərkəzi, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Mərkəzi Neftçilər Xəstəxanası, M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzi və Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzində səyyar seçki məntəqələri yaradılıb və həmin məntəqələrdə səsvermə təşkil ediləcək.

Həmçinin seçicilərin səhhəti ilə əlaqədar hallar baş verdiyi təqdirdə onların müalicə müəssisələrində yerləşdirilməsi, müəssisədən-müəssisəyə köçürülməsi, çıxarılması, onların qeydiyyatı və siyahıların tərtib edilməsi təmin olunacaq.

Yeni Klinika və Mərkəzi Neftçilər Xəstəxanasının müvafiq şöbələrində zərurət yarandığı hallar üzrə tibbi yardım göstərilməsi məqsədilə boş çarpayıların ayrılması təmin olunub.

Eyni zamanda Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi də gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bundan əlavə, seçkiləri müşahidə etmək hüququnu almış xarici müşahidəçilər fasiləsiz tibbi xidmətlərlə təmin ediləcəklər.

Xarici müşahidəçilərin yerləşdiyi “Boulevard Hotel” və “Hyatt Regency” hotellərində 5-8 fevral tarixlərində həkim məntəqəsi, “Radisson Hotel Baku” hotelinin ərazisində isə gücləndirilmiş təcili və təxirəsalınmaz tibbi yardım xidməti təşkil edilib. Təcrübəli, eyni zamanda xarici dil bilikləri olan tibbi heyət növbətçilik əsasında təhkim olunublar. Zəruri təchizat və təminat işləri yerinə yetirilib.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər