Komando bölmələri ilə taktiki-xüsusi hazırlıq üzrə məşğələlər keçirilib - Video
Tarix: 09-02-2024 10:53 | Bölmə: Cəmiyyət
Komando bölmələri ilə taktiki-xüsusi hazırlıq üzrə məşğələlər keçirilib

2024-cü ilin hazırlıq planına uyğun olaraq, komando bölmələri ilə taktiki-xüsusi hazırlıq üzrə məşğələlər keçirilib. Beş mərhələdən ibarət məşğələlər zamanı komandolar müxtəlif tapşırıqları yerinə yetiriblər.

Reyting.az
Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, ilkin mərhələdə taktiki yerdəyişmə üsulları ilə hədəfə doğru irəliləmə və kəşfiyyat məlumatlarının toplanması üzrə fəaliyyətlər yerinə yetirilib.

Daha sonra hücum yarımqruplarının obyektə yaxınlaşması, basqın əməliyyatının icra olunması və hədəfdə tərtiblənmə tapşırıqları icra edilib.

Sərt iqlim şəraitində və çətin relyefli ərazilərdə keçirilən məşğələlər zamanı komandolar yüksək peşəkarlıq nümayiş etdiriblər.





Bölməyə aid digər xəbərlər
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}