Doqquz il əvvəl qətlə yetirilən siyasətçinin anası ölüb
Tarix: 15-02-2024 08:18 | Bölmə: Cəmiyyət
Doqquz il əvvəl qətlə yetirilən siyasətçinin anası ölüb

Rusiyanın tanınmış siyasi xadimi, 1997-1998-ci illərdə baş nazirin müavini vəzifəsində çalışmış, sonralar Xalq Azadlıq Partiyasını yaratmış, 2015-ci ilin fevralında Moskvada Kremlin divarları yaxınlığında qətlə yetirilmiş Boris Nemtsovun anası Dina Nemtsova 96 yaşında dünyasını dəyişib.

Reyting.az
xarici media portallarına istinadla xəbər verir ki, bu barədə mərhum siyasətçinin qızı Janna Nemtsova özünün Facebook səhifəsində məlumat yayıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
Dünən, 12:56 Sabah yağış yağacaq

bütün xəbərlər