18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
Xəzər dənizində Rusiyanın gəmisi batıb
Tarix: 16-02-2024 08:24 | Bölmə: Cəmiyyət
Xəzər dənizində Rusiyanın gəmisi batıb

Xəzər dənizində Rusiyanın kiçik gəmisi batıb.

Reyting.az
xəbər verir ki, bu barədə TASS Rusiyanın İstintaq Komitəsinə istinadla məlumat yayıb.

Göyərtəsində iki sərnişin və bir kapitanın olduğu gəmidə iki nəfər itkin düşüb.

"İlkin məlumata görə, Xəzər dənizi akvatoriyasında gəmi əlverişsiz hava şəraiti səbəbindən sahil xəttindən təxminən 7 km məsafədə hərəkət zamanı dalğanın təsirindən çevrilib və göyərtədə olan bütün şəxslər suya düşüb. Üç saatdan çox soyuq suda qaldıqdan sonra iki kişi itkin düşüb", - məlumatda deyiilir.

Bildirilib ki, daha bir nəfər qayıqla sahilə çıxarılıb. O, xəstəxanaya yerləşdirilib.

Hazırda itkin düşənlərin axtarışı davam edir.(APA)




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}