Abşeronda tapança satmaq istəyən şəxs saxlanılıb
Tarix: 16-02-2024 16:51 | Bölmə: Cəmiyyət
Abşeronda tapança satmaq istəyən şəxs saxlanılıb

Abşeron rayonu Məmmədli kəndində “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı Məmmədli kənd sakini əvvəllər məhkum olunmuş 1974-cü il təvəllüdlü Həbib Bayramov üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Ondan “Makarov” markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb. H.Bayramov silahı bir müddət əvvəl əldə etdiyini amma polisə könüllü təhvil vermək əvəzinə satmaq niyyəti ilə özündə saxladığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir




Bölməyə aid digər xəbərlər
28-05-2024, 15:17 KTN-də yeni təyinat olub
24-05-2024, 12:54 MEDİA müsabiqə elan edib
24-05-2024, 12:26 Sabah yağış yağacaq

{sape_links}{sape_article}