13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Türkiyə vətəndaşı Azərbaycandan Qazaxıstana ekstradisiya olunub
Tarix: 16-02-2024 17:29 | Bölmə: Cəmiyyət
Türkiyə vətəndaşı Azərbaycandan Qazaxıstana ekstradisiya olunub

Türkiyə vətəndaşı Fatih Akdağ Azərbaycandan Qazaxıstana ekstradisiya olunub.

Reyting.az
Baş Prokurorluğa istinadla bildirir ki, qaçaqmalçılıqda təqsirləndirilərək 2021-ci ildə beynəlxalq axtarışa verilən, Türkiyə vətəndaşı, F.Akdağın verilməsinə dair Qazaxıstan Baş Prokurorluğunun vəsatəti təmin edilib.

F.Akdağ 2023-cü ilin iyul ayında ölkəmizdə müəyyən edilib və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Qazaxıstanın səlahiyyətli orqanlarına təhvil verilib.




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:06 Sabah yağış yağacaq
14-06-2025, 12:36 Sabah yağış yağacaq
13-06-2025, 09:22 Yardımlıda traktor aşıb