18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Novruz bayramında 7 gün iş olmayacaq
Tarix: 27-02-2024 15:41 | Bölmə: Cəmiyyət
Novruz bayramında 7 gün iş olmayacaq

Nazirlər Kabinetinin “2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2024-cü il 20, 21, 22, 23 və 24 mart Novruz bayramı müəyyən edilib.

Reyting.az
xəbər verir ki, Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Bu il 23 və 24 mart şənbə və bazar günlərinə təsadüf etdiyi üçün 25 və 26 mart (bazar ertəsi və çərşənbə axşamı) qeyri-iş günləri olacaq.

Beləliklə, bu il Novruz bayramı ilə əlaqədar ardıcıl olaraq martın 20, 21, 22, 23, 24, 25 və 26-da iş olmayacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}