14:29 / 17-10-2025
Prezident konfrans iştirakçılarına müraciət edib
14:15 / 17-10-2025
"Azəristiliktəchizat"ın "Azəriqaz"a borcu açıqlanıb
14:09 / 17-10-2025
Emin Hüseynov: "Füzuli şəhərində artıq 3 mindən çox əhali yaşayır"
13:49 / 17-10-2025
Robot azyaşlı dostu ilə kövrək şəkildə vidalaşıb
13:17 / 17-10-2025
Dövlət qulluğuna qəbul qaydaları dəyişəcək
13:12 / 17-10-2025
Avropada şərab istehlakı azalır
13:01 / 17-10-2025
Qurban Qurbanov yeni biznesə başlayıb
12:58 / 17-10-2025
Milyarder iş adamı məşhur aktyorları qəzəbləndirib
12:50 / 17-10-2025
Sabah yağış yağacaq - Proqnoz
12:48 / 17-10-2025
Milli Məclisin plenar iclasının vaxtı elan olunub
12:43 / 17-10-2025
Paşinyan katolikosun ailəsinə hücum edir
12:30 / 17-10-2025
Gizir və miçmanların həqiqi hərbi xidmət müddəti artırılır
12:11 / 17-10-2025
Professor: Ramiz Mehdiyev yüksək vəzifələrə 900-dən çox kadr yerləşdirib
12:05 / 17-10-2025
"Hakimlər haqqında" qanuna dəyişikliklər qəbul olunub
12:05 / 17-10-2025
Azərbaycanın xarici dövlət borcu azalıb
11:57 / 17-10-2025
Yasamaldakı silahlı insident: iki nəfər saxlanılıb
11:45 / 17-10-2025
Əkrəm Əylisli: "Bu mövzuda danışamaq mənim üçün çox çətindir”
11:18 / 17-10-2025
Xaricdə yaşayan blogerlərin məhkəməsi başlayıb
11:17 / 17-10-2025
Bir qrup QHT rəhbəri cinayət məsuliyyətinə cəlb olunub
11:05 / 17-10-2025
Parlament prezident və birinci xanıma təbrik məktubu ünvanlayıb
10:57 / 17-10-2025
Üç tanınmış hakim təqaüdə göndərilir
10:47 / 17-10-2025
Ruslar Krivoy Roqa kütləvi hücuma keçib
10:41 / 17-10-2025
Ukrayna oyundankənar vəziyyətə salınır
10:26 / 17-10-2025
Xidmət: "Yağışlı hava davam edəcək"
10:12 / 17-10-2025
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasından çıxarılacaq
10:10 / 17-10-2025
Bakıda iki nəfər bıçaqlanıb
10:01 / 17-10-2025
Rusiyalı müxalifətçini öldürmək istəyənlər ələ keçib
10:00 / 17-10-2025
Pensiya yaşı artırılacaq? - Açıqlama
09:56 / 17-10-2025
Ekspert: "Eşqi Bağırov Agentliyə buraxılmır, onun "qələm"i qırılıb"
09:49 / 17-10-2025
İngilislər Qazaxıstana böyük məbləğdə investisiya qoyacaqlar
18:07 / 12-10-2025

17:37 / 15-10-2025

12:30 / 13-10-2025

10:12 / 13-10-2025

22:14 / 14-10-2025

08:06 / 13-10-2025

12:32 / 13-10-2025

14:10 / 16-10-2025

13:21 / 15-10-2025

13:38 / 13-10-2025

17:10 / 12-10-2025

20:10 / 13-10-2025

Dekan və yüksək vəzifəli şəxsin adının hallandığı dəhşətli qətl: nə baş verib? - Təfərrüat
Tarix: 16-04-2024 09:34 | Bölmə: Cəmiyyət

2011-ci il oktyabrın 31-də Bakının Xətai rayonu, NZS qəsəbəsi Sovxoz küçəsində qətl hadisəsi baş verib.
Məlumatla əlaqədar dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə cəlb olunurlar. 1974-cü il təvəllüdlü İlkin Qurbanovun meyiti 1 nömrəli evin 2-ci blokunun girişində tapılır. Faktla əlaqədar Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılır. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, İlkin Qurbanovun bədənində 12 ədəd bıçaq yarası aşkar edilir.
11 ildən sonra, 2022-ci il avqustun 22-də Penitensiar Xidmətdən istintaq orqanına göndərilən məktubda göstərilib ki, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Anar Mansurovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, onun tanışı Əhəd Salahovun NZS qəsəbəsində adam öldürməsi müəyyən olunub.
Avqustun 26-da Baş Prokurorluq və DİN-i məlumat yayıb ki, 2011-ci il oktyabrın 31-də üzərində zorakılıq əlamətləri ilə İlkin Qurbanovun meyitinin aşkar edilməsi faktı ilə bağlı Xətai rayon prokurorluğunda cinayət işi başlanıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsi və ya şəxsləri müəyyən etmək mümkün olmayıb. Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi yenidən öyrənildikdən sonra iş üzrə icraat təzələnib. Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, 1961-ci il təvəllüdlü Firudin Məmmədovun sifarişi ilə Əhəd Salahov evinin yaxınlığında bıçaqla çoxsaylı xəsarətlər yetirərək, İlkin Qurbanovu öldürüb. İstintaq materiallarına əsasən hadisədən bir müddət sonra, yəni həmin il noyabrın 4-də Firudin Məmmədov Bakı şəhərinin Xocalı prospektində, avtomaşında sol dirsək oynağını bıçaqla kəsərək intihar edib. Avqustun 24-də Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Əhəd Salahov şübhəli şəxs qismində tutulub.
Reyting.az Lent.az-a istinadla qətl hadisəsinin istintaq materiallarını təqdim edir.
İstitnaqla müəyyən edilib ki, Əhəd Salahov dini məsləhətlər verməsi nəticəsində dərin hörmətini qazanmış, şəxsiyyətinə pərəstiş etdiyi Bakı İslam Universitetində şəriət fakültəsinin dekanı vəzifəsində işləmiş Firudin Məmmədovla 2011-ci ilin oktyabr ayında görüşüb. Bu zaman F.Məmmədov tanışı İlkin Qurbanovu öldürmək lazım olduğunu bildirib. Cavab olaraq Əhəd Salahov təmənnasız sifarişi yerinə yetirəcəyini söyləyib. Cinayətin törədilməsi üsulu, yeri və şəraitini dəqiqləşdirmək məqsədi ilə, oktyabrın ikinci yarısında, dəqiq məlum olmayan tarixdə Firudin Məmmədov ona İlkin Qurbanovun fotoşəklini və başqa şəxsin adına rəsmiləşdirilmiş mobil nömrə verib. Onu NZS qəsəbəsinə aparıb, öldürəcəyi insanın yaşadığı küçəni göstərib. Bir neçə dəfə İlkin Qurbanovun yaşadığı əraziyə gedib, cinayətin törədilməsini başa çatdırmaq və hadisə yerindən qaçıb yayınmaq üçün əlverişli istiqamət və səmtləri öyrənməklə, hazırlıq işlərini görüb. Oktyabrın 31-i saat saat 23:02-də Firudin Məmmədovdan aldığı məlumat əsasında gözlədiyi mövqedən hərəkətə başlayıb, evinə gedən İlkin Qurbanovu təqib edib. Sovxoz küçəsində yerləşən 19 nömrəli yaşayış binası ilə üzbəüz qaranlıq ara yolda, arxadan hücum edərək, Qurbanovun kürəyinə, sonra isə sinəsinə bıçaqla çoxsaylı zərbələr endirib. Bu hərəkəti ilə, Əhəd Salahov zərərçəkmişi həyatdan məhrum edib.
İş üzrə dindirilmiş Əhəd Salahov bildirib ki, Nizami rayonu, Çobanzadə küçəsi ev 25 mənzil 22-də anası ilə yaşayıb. Orta məktəbi bitirəndən sonra hərbi xidmətdə olub:
“Qayıdandan sonra, fərdi qaydada elektrik ustası işləyirdim, kikboksinglə məşğul olmuşam. Firudin Məmmədovu 2005-ci ildə, əsgərliyə getməmişdən əvvəl, Rövşən adlı tələbəsi olmuş şəxsin vasitəsilə tanımışam. Firudin müəllimə bir din adamı, ağsaqqal insan kimi hörmətim getdikcə artdı, atalıq etməklə, mənə dəyər verdi. Firudin Məmmədov İslam Universitetində dekan işləyirdi, mənim kimi Nizami rayonunda yaşayırdı. Tez-tez ona baş çəkirdim. Ailə üzvləri olmuş arvadı və 2 oğlu ilə tanış olmuşdum. Firudin Məmmədovun ölümündən sonra, evində təmir işi görən zaman onun arvadı Səkinənin bacısı qızı Hürünü görüb, bəyənmişəm. 2016-cı ildə onunla evləndim. O vaxta qədər qeyri-rəsmi Tahirə Xuduyeva ilə yaşayırdım. 2011-ci ildə Firudin Məmmədov mənə bir neçə dəfə adam öldürə bilib-bilməyəcəyini soruşanda, hədsiz məhəbbətim olduğuna görə onun xətrinə istənilən şəxsi öldürməyə hazır olduğumu dedim. Hadisədən bir həftə əvvəl Firudin müəllim məni yaşadığı evinə çağırıb ilk dəfə olaraq açıq şəkildə, səbəbini açıqlamadan İlkin Qurbanovu öldürmək lazım olduğunu bildirdi. Həmin şəxsi heç vaxt görməmişdim.
Yadımdadır ki, razılıq verəndən sonra Firudin İlkinin hansısa toy məclisində çəkilmiş fotoşəkilini göstərdi. Birlikdə taksi ilə NZS qəsəbəsinə getdik. Avtomobil hərəkətdə ola-ola İlkinin yaşadığı evi göstərdi. Bundan sonra bir, yaxud iki dəfə özüm cinayətə hazırlaşmaq məqsədilə həmin ərazini gəzərək, Qurbanovun əsas yoldan piyada gələcəyi və mənim gizlənə biləcəyim yerləri dəqiqləşdirib. Firudin cinayət törədilən zaman telefon əlaqəsi saxlamaq üçün mənə yeni mobil nömrə vermişdi. 15, ya 20 manata “20 Yanvar” dairəsinin yaxınlığında, dükanlardan birində açılıb-bağlanan bıçaq alıb, hadisə gününə qədər evdə saxladım.
Oktyabrın 31-də telefonla danışanda, Firudin İlkini evdən çıxardıb, özü ilə harasa aparacağını və qayıdanda, evinin yanında, mənə göstərdiyi küçədə taksidən düşürəcəyini dedi. Plana əsasən, bıçağı gödəkçəmin cibinə qoyub evdən çıxdım və dostum Anar Mansurovla görüşərək, ondan sadə modelli mobil telefonunu aldım. Qayıdıb, özümə məxsus telefonu işlək vəziyyətdə evdə qoydum. Bunu etməkdə məqsədim cinayətin izini itirmək və guya, evdə olmağım barədə mənzərə yaratmaq idi. 30 nömrəli avtobusla NZS qəsəbəsinə gələrək, orada yeni nömrəni Anardan götürdüyüm mobil telefona yerləşdirdim və zəng edib, Firudin Məmmədova artıq hadisə yerində olmağım barədə məlumat verdim. Xeyli vaxt keçəndən sonra markasını və rəngini xatırlamadığım avtomobil məndən təxminən 20 metr aralıda dayandı və İlkin Qurbanov maşından düşdü. Həmin an Firudin zəng edib, mənə həmin şəxsin gəldiyini dedi. Bundan sonra təxminən 100 metr İlkinin ardınca getdim”.
Aralarındakı ara məsafəni azaldıb ona yaxınlaşaraq, bıçağı çıxarıb hazır vəziyyətdə sol əlində tutub. Ətraf qaranlıq olub. Arxadan, ilk zərbəni üstdən aşağı kürək nahiyyəsinə vurub. İlkin ona tərəf çevrildikdə, dərhal sinəsinə və qarnına ardıcıl bıçaqla zərbələr endirib. Yerə yıxılan şəxs ona tərəf təpik ataraq, yaxınlaşmasına mane olub, həmçinin qışqıraraq, kömək istəyib:
“Ətrafdakı evlərin pəncərələrində işıqların yandığını görüb oradan uzaqlaşdım. Yaralanan İlkinin yerdən qalxıb, təxminən 20 metr aralıda yerləşən 2 mərtəbəli binanın blokuna doğru qaçdığını gördüm. Taksi ilə Neftçilər xəstəxanasının qarşısına gəldim. Başqa taksi ilə “Xalqlar Dostluğu” metrostansiyasının yanına, oradan ara yollarla evimə tərəf getdim. Yolda mobil nömrəni sındırıb xatırlamadığım yerə atdım. Evə çatandan sonra Firudin Məmmədov mənə zəng etdi. Danışıq zamanı üstüörtülü şəkildə “tapşırdığınız işi həll etdim” dedim. Növbəti günlərdə ifşa olunmamaqdan ötrü Firudinlə əlaqə saxlamadım və görüşmədim. Hadisəni ürəyimdə saxlamaq ağır gəlirdi. Firudin intihar etmək istəməsi haqda mənə heç nə deməmişdi. Ölümündən bir müddət sonra Anar Mansurova NZS qəsəbəsində bir adamı öldürdüyümü dedim. Firudin intihar edəndən sonra bulvara gedib, bıçağı dənizə tulladım”.
Ə. Salahov deyib ki, Firudin Məmmədovla intim əlaqədə olmayıb. Onun başqa cinayətlə əlaqəsi olub-olmaması barədə xəbərsizdir.
Zərərçəkmiş şəxsin hüquqi varisi Gülnar Qurbanova ifadəsində göstərib ki, İlkin Qurbanovla 2005-ci ildə rəsmi qaydada ailə həyatı qurub, nikahdan iki övladları dünyaya gəlib. NZS qəsəbəsində kirayədə yaşayıblar:
“İlkin dərzi fəaliyyəti ilə məşğul olurdu, eyni zamanda işləyə-işləyə Bakı İslam Universitetinin ruhanilik fakültəsinə qəbul olunmuşdu. 2010-cu ildə təhsilini bitirərək diplomunu alsa da, ixtisası üzrə işləmədi. İlkinin Universitetdə müəllim işləyən Firudin Məmmədovla çox yaxın münasibəti vardı. Hətta Firudin müəllim evimizə İlkinin elçiliyinə gəlmişdi, toyumuzdan sonra dəfələrlə yoldaşıma pul verib. Həmin illərdə İlkin Əmlak Məsələləri Dövlət Komitəsində sürücü işləyən Namiq adlı tanışının vasitəsi həmin qurumda yüksək vəzifədə çalışan Rüstəm Şahbazovla tanış olmuşdu.
Bir neçə dəfə sürücüsünün işi olduğundan ərim xidməti avtomobilini idarə edərək Şahbazovu Gəncə şəhərinə və Cəlilabad rayonuna aparıb. İlkinin həm Firudin Məmmədov, həm Rüstəm Şahbazovla olan tanışlığı dostluğa çevrilmişdi. Bayram və ad günlərində bir-birilərinin evinə gedib-gəliblər, çox mehriban münasibətləri yaranıb. 2010-cu ildən İlkin Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən “Bakı Qeyri Parça Materialları” ASC-yə faktiki rəhbərlik edib. ASC-nin səhmlərinin 67,7%-i İlkinə, 30%-i isə Əmlak Məsələləri Dövlət Komitəsinə məxsus idi. Zavodu İlkinin adına Rüstəm Şahbazov keçirib və rəhbər vəzifəsinə görə rəsmi 500 manat əmək haqqı alırdı. Maştağa qəsəbəsində 4000 dollara beş sot torpaq sahəsi alaraq, orada ev tikməyə başladıq. İlkin məndən ayrı, digər otaqda yatırdı. Bunun səbəbini isə uşağın ağlaması ilə izah edirdi. Ərimin müxtəlif kişilərlə intim münasibətdə olmasını bilmirdim. Bu barədə mənə bölmədə polis əməkdaşı dedi. 2011-ci il oktyabrın 31-də gün ərzində İlkinin əhvali-ruhiyyəsi yaxşı deyildi. Saat 20 radələrində Firudin Məmmədov evimizə gəldi. Bir qədər söhbət edib, çay içdik. Ərim telefonla Rüstəm Şahbazovla danışandan sonra Firudinlə birlikdə Rüstəmin Həzi Aslanov qəsəbəsində yerləşən evinə getdi. Həmin günlərdə Rüstəm Şahbazovun ailəsi Londona getdiyinə görə o, evdə tək idi. Gecə yarısında polis əməkdaşı zəng edib, məni 37-ci Polis Bölməsinə dəvət etdi. Bölməyə çatanda İlkinin naməlum şəxs tərəfindən bıçaqlanaraq, öldürüldüyünü öyrəndim. Firudin Məmmədovun və Əhəd Salahovun yoldaşımı nə üçün qətlə yetirdiklərini bilmirəm”.
Şahid Zamir Məmmədov bildirib ki, oktyabrın 31-i saat 23 radələrində atası Firudin Məmmədov evə qayıdan kimi, kimsə mobil telefonuna zəng edib, İlkinin bıçaqlandığını deyib və buna görə onu bölməyə çağırılıb:
“Sonra atam İlkinin Xaçmazda keçirilən yas mərasiminə getdi. Bundan 4-5 gün sonra atam vəfat etdi. Onun intihar etməsini mənə müstəntiq dedi. Firudin Məmmədovun İlkin Qurbanovun qətlini qohumumuz Əhəd Salahova sifariş verməsindən xəbərim olmayıb. Sonra polis əməkdaşları evimizə gələrək, atamın və İlkinin fotoşəkillərini “ölüm işi” ilə əlaqədar götürüb, aparıblar”.
Şahid qismində dindirilmiş Rüstəm Şahbazov bildirib ki, 2020-ci ildən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsində işləyir:
“Bakı qeyri-parça materialları” ASC-nin İlkin Qurbanovun adına rəsmiləşirilməsinin mənə heç bir aidiyyəti yoxdur. Hadisə baş verən gün İlkin zəng edərək, Firudinlə birlikdə mənə baş çəkmək istədiklərini dedi. Ailə üzvlərim İngiltərədə idi. Dostlarım 1 saat oturub, söhbət edəndən sonra çıxıb getdilər. İlkin Qurbanovun öldürülməsi barədə mənə polis əməkdaşları məlumat verdilər. Firudin Məmmədova zəng etdikdə o, İlkinin taksidən evinin yanında düşdüyünü demişdi. Ölümündən sonra İlkinin ailəsinə dəfələrlə maddi yardım göstərmişəm”.
Məhkəmə iclasında Əhəd Salahov ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərib ki, İlkin Qurbanovu Firudin Məmmədov qətlə yetirib.
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib.
Məhkəmə nəticəyə gəlib ki, Əhəd Salahovun əməli Cinayət Məcəlləsinin 120.2.5-ci (sifarişlə qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əhəd Salahov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrum olunub.
Bölməyə aid digər xəbərlər

Bu gün, 12:50
Sabah yağış yağacaq - Proqnoz
Bu gün, 12:05
"Hakimlər haqqında" qanuna dəyişikliklər qəbul olunub
Bu gün, 10:26
Xidmət: "Yağışlı hava davam edəcək"
Bu gün, 08:47
Robot köpəklər Çinin küçələrində patrulluq edirlər
Bu gün, 08:05
3D-bioprinter tibb aləmində yenilik olacaq
Dünən, 16:25
Füzulidəki qəzada dörd nəfər xəsarət alıb
Dünən, 12:38
Sabah yağış yağacaq - Proqnoz
Dünən, 12:29
"QHT işi" üzrə həbs olunan şəxsin məhkəməsi başlayır
Dünən, 11:37
Yasamalda iki nəfər güllələnib - (Yenilənib)
Dünən, 10:32
Balaxanıda sursat aşkarlanıb
Dünən, 09:45
Sosialist əməyi qəhrəmanı 86 yaşında vəfat edib
15-10-2025, 18:10
Azərbaycanlı və rusiyalı alimlər dərinlikdən gələn sirri açıblar - Foto
15-10-2025, 17:02
Növbəti iki gündə bəzi rayonlara sulu qar yağacaq - Xəbərdarlıq
15-10-2025, 16:48
Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişib
15-10-2025, 15:48
DTX və DSX sərhəddə əməliyyat keçirib - Foto
15-10-2025, 14:58
Zərdabda qəsdən yanğın törədən şəxs cərimələnib
15-10-2025, 13:04
Sabah yağış yağacaq
15-10-2025, 12:15
Azərbaycana yenə PUA ilə narkotik gətirmək istəyiblər
15-10-2025, 12:13
TƏBİB xarici vətəndaşlara da xidmət göstərəcək
15-10-2025, 10:09
Qərbi azərbaycanlılarla bağlı tədbir keçirilib - Fotolar
15-10-2025, 09:38
Bakı metrosunda qatarların hərəkətində problem yaranıb
15-10-2025, 08:49
Sümükləri tapılan mamontun 45 min il yaşı var - Fotolar
14-10-2025, 18:01
Sabiq icra başçısı vəfat edib
14-10-2025, 14:02
İrandan PUA vasitəsilə narkotik keçirən narkotacir həbs olunub
14-10-2025, 12:43
“Tarqovı”da qanunsuz fotoqraflıq edən gənc həbs olunub
14-10-2025, 12:19
Sabah yağış yağacaq - Proqnoz
14-10-2025, 11:24
İlkin Süleymanovun məhkəməsi təxirə salınıb
14-10-2025, 10:46
Dövlət hesabına 62 xarici tələbə ölkəmizdə təhsil alacaq
14-10-2025, 09:09
Daha bir QHT sədrinə cinayət işi açılıb
14-10-2025, 09:00
Pişiklərin ən çox sevildiyi ölkələrin adı açıqlanıb - Siyahı
13-10-2025, 17:57
Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna baxacaq
13-10-2025, 17:31
Dövlət Komitəsi dəbdəbəli ziyafətə 200 min xərcləyəcək
13-10-2025, 16:32
Xəzərin Xaçmaz sahillərində suiti cəsədləri tapılıb
13-10-2025, 14:22
Təyyarələrdə yatmaq imkanı verən oturacaqlar ödənişli olacaq
13-10-2025, 12:42
Mopedlərlə bağlı qayda dəyişir - Sürücülük vəsiqəsi tələb olunacaq
13-10-2025, 12:39
Sabah yağış yağacaq - Proqnoz
13-10-2025, 12:35
Sabunçu Tibb Mərkəzinin baş həkimi vəzifədən azad edilib
13-10-2025, 12:16
Xocavənddə odlu silah-sursat satmaq istəyən şəxs saxlanılıb
13-10-2025, 11:37
Xankəndi, Ağdərə və Xocalıda 22 min əhali yaşayır
13-10-2025, 11:02
Qarabağ zonasında 1497, 5 hektar ərazi minalardan təmizlənib
13-10-2025, 10:07
16 yaşlı uşaq Gömrük İdarəsinin əməkdaşını öldürüb - Yenilənib
12-10-2025, 09:07
Xərçəng xəstəliyini ağız qoxusu ilə müəyyən edəcəklər
11-10-2025, 13:48
2025-ci ilin ən yaxşı binası seçilib - Fotolar
11-10-2025, 12:34
Sabahın hava proqnozu açıqlanıb
10-10-2025, 18:49
Avrasiya ölkələrinin real ölçüləri...