İsmayıllıda meşədə çətənə kolu yetişdirən şəxs tutulub
Tarix: 11-09-2024 09:41 | Bölmə: Cəmiyyət
İsmayıllıda meşədə çətənə kolu yetişdirən şəxs tutulub

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər də dəfələrlə məhkum olunmuş Namiq Əsədov saxlanılıb.

DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupundan Reyting.az-a bildirilib ki, onun meşə massivində əkdiyi 21 ədəd çətənə kolu aşkar olunub.

Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, N.Əsədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.




Bölməyə aid digər xəbərlər
17-09-2024, 12:57 Sabah yağış yağacaq
16-09-2024, 13:04 Sabah yağış yağacaq