12:22 / 23-02-2025
Sabah yenə qar yağacaq
13:37 / 22-02-2025
Sabah qar yağacaq
Bakıda 2000-dən çox şəxs səfərbər olunub - Fotolar
Tarix: 23-02-2025 10:10 | Bölmə: Cəmiyyət
Bakıda 2000-dən çox şəxs səfərbər olunub

Artıq bir neçə gündür ki, paytaxta yağan qarın yenidən intensivləşməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) və paytaxt rayonlarının kommunal strukturları gücləndirilmiş iş rejimində çalışırlar.

Reyting.az
-a verilən məlumata görə, gecə saatlarından etibarən şəhər və rayon kommunal xidmətlərinin xüsusi texnikaları əsas avtomobil yollarına və magistrallara, maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpib və bu işlər gün ərzində davam edəcəkdir.

Eyni zamanda səhər saatlarından kommunal xidmətlərin əməkdaşları, işlərə cəlb olunan əlavə işçi qüvvəsi tərəfindən metro stansiyaları, avtobus dayanacaqları, piyada səkiləri, küçə boyunca ictimai-iaşə və digər obyektlərin qarşısının təmizlənməsi, buz bağlamış yerlərə duz səpilməsi və digər təmizlik işlərini həyata keçirirlər. Qarın ən çox düşdüyü ərazilər xüsusi diqqətdə saxlanılır.

Qeyd edək ki, bu işlərin daha rahat və operativ həyata keçirilməsi üçün paytaxtın müxtəlif ərazilərində texniki duz toplanan məntəqələr yaradılıb. Ümumilikdə bu işlərə 100-dən çox xüsusi texnika və 2000-dən çox işçi qüvvəsi cəlb edilib.








Bölməyə aid digər xəbərlər
Dünən, 13:37 Sabah qar yağacaq