Polis 57 yaşlı kişini 10 kilo narkotiklə saxlayıb - Foto
Tarix: 26-05-2025 15:10 | Bölmə: Cəmiyyət
Polis 57 yaşlı kişini 10 kilo narkotiklə saxlayıb

Lənkəranda polisin əməliyyatı zamanı 10 kiloqram narkotik vasitə aşkar edilib.

Reyting.az
DİN-nin Mətbuat Xidmətinin Lənkəran regional qrupuna istinadla bildirir ki, Lənkəran Şəhər (Rayon) Polis Şöbəsinin əməkdaşları ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitənin ayrı-ayrı ünvanlara çatdırılaraq satışını təşkil edən əvvəllər məhkum olunmuş 57 yaşlı Elçin Hüseynovu saxlayıb. Ondan 10 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.





Bölməyə aid digər xəbərlər
23-05-2025, 12:42 Sabah yağış yağacaq