17:01 / 29-10-2025
Şirvanda zəlzələ olub
Cokerin yeni obrazı nəşriyyata təqdim olunub - Foto
Tarix: 29-10-2025 11:06 | Bölmə: Mədəniyyət
Cokerin yeni obrazı nəşriyyata təqdim olunub

"Betmenin özü" adlı serial filminin əsas rəssamı, amerikalı Nik Draqotta bu ekran əsərindəki qorxulu və zalım kimi tanınan məşhur Coker obrazının orijinal konsept dizaynını nəşriyyata təqdim edib. Obrazın komiksi 2025-ci il, dekabr ayının 10-da çıxacaq, daha sonra 15-ci buraxılışda tam şəkildə göstəriləcək.

Reyting.az
-ın məlumatına görə, yeni dizayn Cokeri çoxsıralı dişlərə, eləcə də dördayaqlı, eyni zamanda, insan kimi yerimə qabiliyyətinə malik olan dəhşətli bir varlıq kimi təsvir edir. Normal halında isə o, tipik milyarder-playboya bənzəyir. Üstəlik, məşhur obrazın başına bu dəfə buynuzlar da əlavə edilib.

Yeni komiksin üzərində Skott Snayder və Cok işləyib, lakin vizual konsepsiyanı Nik Draqotta özü hazırlayıb.

Tezliklə komiksi "DC Comics" nəşr edəcək ki, bu da artıq növbəti filmin ideyası deməkdir.



Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər