12:35 / 20-11-2025
Sabah yağmursuz hava olacaq
08:15 / 20-11-2025
Kit Kelloq vəzifədən gedir
"Xaş-xaş 2019": Astarada həbs edilənlər var
Tarix: 31-05-2019 11:12 | Bölmə: Cəmiyyət
"Xaş-xaş 2019": Astarada həbs edilənlər var

Astara rayonunda narkotik tərkibli bitki yetişdirən şəxslər saxlanılıblar.

DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan Reyting.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Xaş-xaş 2019" tədbirlər planı çərçivəsində Astara RPŞ-nin əməkdaşları tərəfindən rayonun Ərçivan qəsəbəsinin sakini Elman Məmmədovun yaşadığı evin həyətindən 57 ədəd xaş-xaş bitkisi, Şahağacı kəndinin sakini əvvəllər məhkum olunmuş Yadigar Şükürovun yaşadığı evin həyətindən isə 13 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər