20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Prezident dönər yedi və məmurlara da yeməyi tövsiyə etdi
Tarix: 31-05-2019 11:21 | Bölmə: Cəmiyyət
Prezident dönər yedi və məmurlara da yeməyi tövsiyə etdi

Ukraynanın dövlət başçısı Vladimir Zelenski hakimiyyətdə vəzifə tutanlara dönər yemələrini tövsiyə edib.

Reyting.az xarici mediaya istinadla bildirir ki, Zelenski dönər yeyərkən çəkdirdiyi şəklini sosial şəbəkələr vasitəsilə paylaşıb.

Ukrayna prezidenti foto ilə birlikdə bunu da yazıb: “Gərgin bir proqramınız olanda dönər bir çarə ola bilər. Gördüyünüz kimi, qorxulu, narahatedici və utancverici bir şey yoxdur”.

Dönər yeməyin insanlardan ayrı düşməməyə və onlara qarşı diqqətli olmağa yardım etdiyini söyləyən Zelenski əlavə edib: “Dövləti idarə etməkdə olanlar üçün çox faydalıdır. Tövsiyə edirəm”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər