13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Müəllimlərin işə götürülməsi ilə bağlı sənəd qəbulunun vaxtı açıqlandı
Tarix: 31-05-2019 11:48 | Bölmə: Cəmiyyət
Müəllimlərin işə götürülməsi ilə bağlı sənəd qəbulunun vaxtı açıqlandı

"Dövlət ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün elektron sənəd qəbulu iyunun 24-də başlayacaq".

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə media nümayəndələri üçün təlimdə deyib.

Onun sözlərinə görə, sənəd qəbulu 10 gün davam edəcək.

Nazirlik rəsmisi qeyd edib ki, müsabiqənin aktiv mərhələsi avqustun 26-da başa çatacaq: "İşə qəbul bütün tədris ilində davam edir".

Xatırladaq ki, müəllimlərin işə qəbul prosesi 4 mərhələdə - elektron sənəd qəbulu, test müsabiqəsi, vakant yer seçimi və müsahibə mərhələlərindən ibarətdir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:04 Sabah yağış yağacaq