13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Kişi girov götürdüyü qadınları öldürüb intihar etdi
Tarix: 31-05-2019 16:59 | Bölmə: Cəmiyyət
 Kişi girov götürdüyü qadınları öldürüb intihar etdi

Mayın 31-də Sürixin ətrafındakı rayonlardan birindəki yaşayış evində faciəli insident baş verib.

Reyting.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, 60 yaşlı kişi iki qadını mənzildə girov götürərək güllələməklə hədələyib.

Hadisə yerinə fövqəladə xidmət, xüsusi təyinatlılar və girov götürənlə danışıq aparanlar gəlib. Cinayətkar açıq pəncərədən ünsiyyət qurub, onun məqsədi və tələbi haqda məlumat verilmir.

Qanun keşikçiləri mənzilə daxil olanda girov götürən özünü və hər iki qadını güllələyib. Onların hamısı yerindəcə ölüblər.

Girov götürənin isveçrəli olduğu, 34 və 38 yaşlarında ölən qadınların isə vətəndaşlığı dəqiqləşdirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:04 Sabah yağış yağacaq