Rövşən Lənkəranskinin dəstə üzvlərinə hökm oxundu
Tarix: 06-06-2019 18:54 | Bölmə: Cəmiyyət
Rövşən Lənkəranskinin dəstə üzvlərinə hökm oxundu

Nijni Tagil rayon məhkəməsində əvvəllər mərhum “qanuni oğru” Rövşən Canıyevin (Rövşən Lənkəranski) nəzarəti altında olan qruplaşma üzlərinə hökm çıxarılıb.

Reyting.az-ın Rusiya mətbuatına istinadla verdiyi xəbərə görə, dəstə rəhbəri Telman Vəliyev, İsa Abilov, İlkin Abilov, Mixail Allahverənov da olmaqla 12 nəfər müxtəlif müddətlərə azadlıqdan məhrum olunublar.

Rövşən Lənkəranskinin dəstə üzvlərinə hökm oxundu

Onların hamısı mütəşəkkil dəstənin tərkibində qəsb və soyğunçuluq, silahların qanunsuz dövriyyəsi, yaşayış yerinin toxunulmazlığının pozulması və qəsdən sağlamlığa orta ağırlıqda zərər yetirməkdə təqsirli biliniblər.

Bu işdə adı keçənlərdən ən çox cəza İsa Əbilova (o, 9 il ciddi rejimli həbsxanada cəza çəkəcək) verilib. Onun qardaşı İlkin Əbilov 8,5 il ciddi rejimli həbsxanada cəza çəkəcək. Qalanlar ümumi rejimli həbsxanada 3 ildən 8 ilə qədər cəza çəkməlidir.

Rövşən Lənkəranskinin dəstə üzvlərinə hökm oxundu

İddiaya görə, 2016-cı il avqustun 18-də Türkiyədə güllələnən Rövşən Lənkəranskinin Azərbaycandan olanların bir hissəsinə böyük təsiri olub, o cümlədən Orta Uralda həmvətənlərindən “haqq” toplayıb.

KİV-lərdəki məlumata görə, Lənkəranskinin öldürülməsindən sonra azərbaycanlılar 2017-ci ilin payızında - 22 ildən sonra həbsxanadan buraxılan “qanuni oğru” Quliyə (Nadir Səlifov) sədaqət andı içiblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər