Mübahisəli sözlər orfoqrafiya lüğətinin çapını ləgidəcək - İnstitut direktoru
Tarix: 07-06-2019 08:28 | Bölmə: Cəmiyyət
Mübahisəli sözlər orfoqrafiya lüğətinin çapını ləgidəcək

Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinə daxil edilməsi nəzərdə tutulan bəzi sözlərlə bağlı mübahisəli məqamlar ortaya çıxdığı üçün kitabın çapa verilməsi ləngiyəcək.

Reyting.az
-ın məlumatına görə, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

Onun sözlərinə görə, hazırda həmin mübahisəli sözlərlə bağlı müzakirələr aparılır.

M. Nağısoylu əlavə edib ki, mübahisəli sözlərin arasında həm lüğətə yeni daxil olan, həm də lüğətin 2013-cü il nəşrində olan və tənqidə səbəb olan sözlər var.

Bu səbəbdən bəzi sözlərlə bağlı dəqiqləşdirilmələrin aparılmasına ehtiyac duyulduğunu deyən institut direktoru bildirib ki, lüğətin bu ilin may ayının sonunda çapa təqdim edilməsi nəzərdə tutulsa da, hazırda kitabın nəşri sentyabra qədər ləngiyəcək.

Qeyd edək ki, Azərbaycan dilinin son orfoqrafiya lüğəti 2013-cü ildə çap edilib. Həmin dövrdən keçən 6 il ərzində dilimizə daxil olan 4000 yeni söz cəmlənərək yeni lüğətə daxil edilib. Ümumilikdə yeni lüğətdə 112 minə yaxın söz var.

Bu il Nazirlər Kabineti tərəfindən Azərbaycan dilinin yeni orfoqrafiya normaları təsdiqləndikdən sonra yeni lüğətin hazırlanması və çap edilməsi zərurəti yaranıb.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər