DİM piratçılara qarşı 2 milyonluq iddia qaldırıb
Tarix: 07-06-2019 18:22 | Bölmə: Cəmiyyət
DİM piratçılara qarşı 2 milyonluq iddia qaldırıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycana qanunsuz yolla "pirat" dərs vəsaitləri gətirməkdə təqsirləndirilən Şirzad Abdullayev və Faiq Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Dövlət İmtahan Mərkəzinin təsisçisi olduğu "Abituriyent" jurnalının nümayəndəsi bildirib ki, təqsirlənidirilən şəxslərin cinayət əməlləri nəticəsində "Abituriyent" jurnalına milyonlarla manat zərər dəyib. O, təqsirləndirilən şəxslərin hər birinə qarşı 1 milyon manatlıq iddia qaldırıb və məhkəmə istintaqı dövründə məbləğin artırılacağını da istisna etməyib.

Müdafiə tərəfinin etirazına baxmayaraq, məhkəmə mülki iddianı icraata qəbul edib. Təqsirləndirilən şəxslərin əmlaklarının üzərinə həbs qoyulması ilə bağlı zərərçəkmiş tərəfin nümayəndəsinin vəsatəti isə təmin edilməyib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən şəxslər elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər.

İttihama görə, Şahmar Abdullayevin rəhbərlik etdiyi mütəşəkkil dəstə üzvləri tərəfindən Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalı redaksiyasının və digər nəşriyyat qurumlarının əmtəə nişanlarından qanunsuz istifadə edilib, orijinal nəşrlərin nümunələrindən keyfiyyətinə görə fərqlənən külli miqdarda pirat dərs vəsaitləri və test toplularının müxtəlif vaxtlarda Türkiyədə nəşr olunaraq Azərbaycana gətirilib. Bundan başqa, həmin vəsaitlər gömrük nəzarətindən düzgün bəyan etməməklə keçirilib və respublika ərazisində satışa çıxarılıb.

Dəstə üzvləri Şahmar Abdullayevə, Şirzad Abdullayevə, F.Məmmədova, Xanlar Qocayevə, Fəzail Qocayevə, Musurza Aslanova və Səfər Dünyamalıyevə Cinayət Məcəlləsinin 197.2 (külli miqdarda ziyan vurmaqla əmtəə nişanlarından qanunsuz istifadə etmə) və 206.4-cü (qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bakı şəhərinin müxtəlif ünvanlarında keçirilən əməliyyat-istintaq tədbirləri zamanı 510 min manat dəyərində pirat dərs vəsaitləri və test topluları aşkar edilərək götürülüb.

M.Aslanov, S.Dünyamalıyev, Ş.Abdullayev, F.Qocayev və X. Qocayevin cinayət işi ayrıca icraata ayrılıb, daha əvvəl Qaradağ Rayon Məhkəməsinə göndərilib.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər