Bakıda qadını qətlə yetirən intihara cəhd edib
Tarix: 08-06-2019 15:12 | Bölmə: Cəmiyyət
Bakıda qadını qətlə yetirən intihara cəhd edib

Bakıda qadını bıçaqla qətlə yetirən şəxs intihara cəhd edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, iyunun 7-də Səbail rayonunun A.İsmayılov küçəsində Ağsu rayon sakini F.Abuşov mübahisə zəminində Bakı şəhər sakini olan tanışı K.Mikayılovaya bıçaqla xəsarət yetirdikdən sonra Neftçi Qurban küçəsində inşa edilməkdə olan binanın tikintisində istifadə edilən krana çıxaraq intihara cəhd göstərib.

Cəhdin qarşısı alınıb, F.Abuşov polis əməkdaşları tərəfindən saxlanılaraq 8-ci Polis Bölməsinə gətirilib.

K.Mikayılova hadisə yerində ölüb.

Araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}