Prokurorluq iki nəfərin ölümü ilə bağlı məlumat yaydı
Tarix: 08-06-2019 15:55 | Bölmə: Cəmiyyət
Prokurorluq iki nəfərin ölümü ilə bağlı məlumat yaydı

Baş Prokurorluq Bərdə rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, iyunun 7-də Bərdə rayon ərazisində 1995-ci il təvəllüdlü Elvin Mirzəyev və 1983-cü il təvəllüdlü Elnur Gülməmmədovunidarə etdikləri “QAZel” markalı yük avtomobillərinin toqquşması zamanı baş vermiş yanğın nəticəsində avtomobildə olan sərnişinlər – İlyas Gülməmmədov və Nizami Əliyevin aldıqları xəsarətlərdən xəstəxanada vəfat etmələri faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış istintaqla hadisənin Elvin Mirzəyev tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər