16:28 / 19-06-2019
Deputat özünü öldürdü
Rusiya səfiri: "Fuad Abbasovun məhz hansı KİV-i təmsil etdiyini hələ də bilmirəm"
Tarix: 10-06-2019 13:11 | Bölmə: Cəmiyyət
Rusiya səfiri: "Fuad Abbasovun məhz hansı KİV-i təmsil etdiyini hələ də bilmirəm"

“Fuad Abbasovla bağlı məsələnin təfərrütına varmıram, amma Azərbaycan mediasının bu barədə yazdıqlarını çox oxuyuram”.

Bunu mətbuat konfransı zamanı “Report”un sualına cavab verərkən Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib.

“Vətəndaş Fuad Abbasovun məhz hansı KİV-i təmsil etdiyini hələ də bilmirəm. Məsələ onun peşəsində yox, başqa ölkənin vətəndaşı olmasındadır. Bizə müraciətlər gəlməyə başlayanda məsələ ilə maraqlandıq. Əlimizdə Ximki məhkəməsinin qətnaməsi var. Bu qətnaməyə əsasən Fuad Abbasov Rusiya Federasiyası ərazisini 15 gün ərzində tərk etməyib və ölkə ərazisində qalmaq müddətinin uzadılması üçün ərizə verməyib”, – səfir deyib.

Fuad Abbasovun saxlanılarkən döyülməsinə dair xəbərləri şərh edən diplomat Azərbaycan səfirliyinin onunla dərhal əlaqə yaratdığını bildirərək, jurnalistə Rusiya Federasiyası ərazisinə 50 il ərzində gəlmək barədə qadağa qoyulmasından xəbərdar olmadığını söyləyib.

Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin təqdimatı əsasında Ximki Şəhər Məhkəməsi Fuad Abbasovun 50 il müddətində Rusiya ərazisinə girişinin qadağan edilməsi ilə bağlı qərar çıxarıb. Bundan əvvəl Moskva Vilayət Məhkəməsi F.Abbasovun apelyasiya şikayətini təmin etməyib. O, buna etiraz olaraq aclıq aksiyasına başlayıb. Məhkəmənin qərarına görə F.Abbasov 10 gün ərzində Rusiya Federasiyası ərazisindən çıxarılmalıdır.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
15-06-2019, 01:54 Rusiyaya qar yağdı - Fotolar

{sape_links}{sape_article}