Rusiyada barıt zavodu yanır
Tarix: 10-06-2019 19:23 | Bölmə: Cəmiyyət
Rusiyada barıt zavodu yanır

Tatarıstan respublikasının paytaxtı Kazan şəhərində yerləşən barıt zavodunda yanğın baş verib.

Reyting.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, yanğın istehsal dayandırılan binada baş verdiyindən, barıt və partlayıcı maddələr üçün təhlükə yoxdur.

Alov 300 kvadrat metr ərazini əhatə edib, yanğının söndürülməsi üçün 93 yanğınsöndürən və 32 texnika cəlb edilib.

Yanğın zamanı heç kimin xəsarət almadığı bildirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}