Bu dövlət qurumlarında 103 vakant vəzifə var - Siyahı
Tarix: 13-06-2019 10:06 | Bölmə: Cəmiyyət
Bu dövlət qurumlarında 103 vakant vəzifə var

Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 5-7-ci təsnifatı üzrə B növünə aid olan ümumilikdə 8 dövlət orqanında 103 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsini elan edib.

DİM-dən Reyting.az-a verilən məlumata görə, müsabiqəyə təqdim olunan vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları mərkəzin internet portalında yerləşdirilib.

Vəzifə altqrupları üzrə müsahibəyə təqdim olunan vakant vəzifələr haqqında məlumat aşağıdakılardır:

- Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (40 vəzifə) –BB3 altqrupu üzrə 39, BB4 altqrupu üzrə 1 vəzifə

- Əmlak Məsələləri Dövlət Komitəsi (38 vəzifə) – BA4 altqrupu üzrə 1, BB1 altqrupu üzrə 3, BB2 altqrupu üzrə 12, BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 21 vəzifə

- Şəki Ağır Cinayətlər Məhkəməsi (3 vəzifə) –BB1 altqrupu üzrə 1, BB2 altqrupu üzrə 2 vəzifə

- Şirvan Apelyasiya Məhkəməsi (13 vəzifə) – BA3 altqrupu üzrə 1, BA4 altqrupu üzrə 12 vəzifə

- İsmayıllı Rayon Məhkəməsi - BB4 altqrupu üzrə 2 vəzifə

- Əqli Mülkiyyət Agentliyi - BA4 altqrupu üzrə 1 vəzifə

- Biləsuvar Rayon Məhkəməsi - BB4 altqrupu üzrə 1 vəzifə

- Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi -BB4 altqrupu üzrə 5 vəzifə

Ümumilikdə, müsahibəyə çıxarılmış 103 vakant vəzifənin 15-i 5-ci təsnifata, 18-i 6-cı təsnifata, 70-i isə 7-ci təsnifata aid olmaqla, 15-i BA, 88-i isə BB vəzifə qrupuna aiddir.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər