Neymar braziliyalı modeli döydüyünü etiraf etdi - Foto
Tarix: 14-06-2019 17:25 | Bölmə: Cəmiyyət
Neymar braziliyalı modeli döydüyünü etiraf etdi

Fransanın PSJ və Braziliya millisinin hücumçusu Neymar San-Paulu polisində ifadəsinin gedişində onu zorlamaqda ittiham edən qızı döyməsi ilə bağlı dediklərini təkzib edib.

Reyting.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, 27 yaşlı futbolçu iyunun 14-də polis şöbəsinə qara kostyumda və zədədən sonra bərpa prosesində olduğundan qoltuqağacı ilə gəlib.

“Globo”nun məlumatına görə, Neymar ifadə zamanı deyib ki, 26 yaşlı brazilyalı model Nadjila Trindade ilə intim əlaqə qarşılıqlı razılaşma əsasında olub, qızı isə yalnız onun xahişi ilə şapalaqlayıb.

Neymar braziliyalı modeli döydüyünü etiraf etdi

Bundan əvvəlki xəbərdə bildirilirdi ki, tibbi müayinə Trindadenin yanlarında və ayaqlarında qara qançırlar aşkar edib. İkinci görüş zamanı Neymar özü sillələnib və ərazini tərk edib. Futbolçu bunu özü polisə vəziyyəti belə izah edib.

Trindade əvvəlcə bəyan edib ki, Neymar onu mayın 15-də Parisdəki hotellərdən birində zorlayıb. Onlar görüşlə bağlı Instagramda razılığa gəliblər, futbolçu qızın Braziliyadan təyyarə ilə gəliş və hoteldə yaşamaq xərclərini ödəyib. Trindade iddia edib ki, Neymar içkili vəziyyətdə olub və amansız davranıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}