2816 şəxs cinayət məsuliyyətindən azad edilib - Şöbə rəisi
Tarix: 02-07-2019 12:53 | Bölmə: Cəmiyyət
2816 şəxs cinayət məsuliyyətindən azad edilib

"Azərbaycanda aparılan islahatların əsas məqsədi insanların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin olunmasıdır".

Reyting.az
APA-ya istinadla xəbər verir ki, bunu Baş Prokurorluğun Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin rəisi Mürvət Həsənov deyib.

Mürvət Həsənov qeyd edib ki, Prezident İlham Əliyevin 2017-ci ildə imzaladığı "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" sərəncamının icrası ilə bağlı bir sıra qanunlara dəyişiklik edilib.

Onun sözlərinə görə, dəyişikliklər 8000-dən artıq məhkuma şamil edilib: "Həmin şəxslərdən 2816-sı cinayət məsuliyyətindən azad olunub, 297 nəfəri azadlıqdan məhrumetmə cəzasından azad edilib. 2884 şəxsin cəzası isə yüngülləşdirilib".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər