Qızılağac Milli Parkının zonalar üzrə bölgüsü müəyyənləşib
Tarix: 03-07-2019 00:29 | Bölmə: Cəmiyyət
 Qızılağac Milli Parkının zonalar üzrə bölgüsü müəyyənləşib

Nazirlər Kabineti “Azərbaycan Respublikası Qızılağac Milli Parkının ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü”nü təsdiq edib.

Qərara əsasən “Azərbaycan Respublikası Qızılağac Milli Parkının ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü” aşağıda göstərilən hüdudlarda təsdiq edilib:

1) xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zona (qoruq rejimi) – 67094,0 hektar;

2) təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilən zona – 4404,0 hektar;

3) turizm və rekreasiya zonası – 25842,0 hektar;

4) turistlərə, elmi və maarifləndirmə məqsədli şəxslərə xidmət göstərilən zona – 1698,0 hektar;

5) Milli Parkın fəaliyyətini təmin etmək üçün təsərrüfat istehsalat zonası – 22,0 hektar.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər