Həbsdəki generalın cinayət işi məhkəməyə göndərilib
Tarix: 03-07-2019 11:49 | Bölmə: Cəmiyyət
Həbsdəki generalın cinayət işi məhkəməyə göndərilib

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Əks-kəşfiyyat Baş İdarəsinin rəisi, general-mayor Ədalət Hüseyn oğlu Əsədullayevin barəsindəki cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi məhkəmənin sədri Həbib Həsənovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyulun 15-ə təyin edilib.

Qeyd edək ki, Ə. Əsədullayev MTN ləğv olunandan sonra sərəncama götürülüb. General ötən il həbs edilib və ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham verilib. Səbail rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onu da əlavə edək ki, bundan əvvəl Ə. Əsədullayevin adı “MTN işin”də şahid qismində keçib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər