17:00 / 14-11-2025
Professor: Ermənistanda ən azı üç Ramiz Mehdiyev var
16:47 / 14-11-2025
İpoteka və Kredit Zəmanət Fondu 650 minlik xidməti maşınlar alır
16:32 / 14-11-2025
Ekspert: Ermənistan 5-10 il ərzində Azərbaycana qarşı silahlanmanı davam etdirəcək
16:29 / 14-11-2025
Bakıda iki tona yaxın yararsız ət aşkarlanıb
16:01 / 14-11-2025
Azərbaycan Rusiyaya nota verib
15:58 / 14-11-2025
Almaniya 260 min nəfərlik ordu formalaşdırır
15:49 / 14-11-2025
Azərbaycan əhalisinin sayı açıqlanıb
15:38 / 14-11-2025
Prezident Agentlik sədrinə yeni vəzifə verib
15:34 / 14-11-2025
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var
15:24 / 14-11-2025
"Bakı Metropoliteni"ndə departament rəisi vəzifəsinə təyinat olub
14:49 / 14-11-2025
Afrikada vəbaya yoluxanların sayı 300.000-i keçib, 7000-dən çox ölüm qeydə alınıb
14:47 / 14-11-2025
Zəngilana daha 110 nəfər köçüb - (Yenilənib)
14:42 / 14-11-2025
Bakıda narkotik satışı ilə məşğul olunanlar saxlanılıb
14:03 / 14-11-2025
Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib - Fotolar
14:01 / 14-11-2025
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
13:52 / 14-11-2025
Ukraynalılar rus ordusuna ağır zərbə vurub - Video
13:48 / 14-11-2025
Paşinyan: Gizlətmirəm, Əliyevlə bu məsələni müzakirə etdik
13:27 / 14-11-2025
Xocalıya daha iki köç karvanı gedib - (Yenilənib) - Fotolar
13:22 / 14-11-2025
"Səs” qəzeti fəaliyyətini dayandırıb
13:22 / 14-11-2025
Paşinyan: Azərbaycanla layihənin həyata keçirilməsinə heç nə mane olmur
13:11 / 14-11-2025
Baş nazir gündə 2 saat yatır
12:51 / 14-11-2025
Prezident Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib
12:39 / 14-11-2025
Xankəndidə mənzillər satışa çıxarılacaq
12:29 / 14-11-2025
Kiyevə hücum: ölənlər və onlarla yaralı var
12:20 / 14-11-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:18 / 14-11-2025
NATO Rusiyaya mesaj göndərib - Foto
12:17 / 14-11-2025
Bakıda at ətini dana əti adı ilə satırmışlar
12:14 / 14-11-2025
Sabirabadda qardaş bacısını güllələyib
12:11 / 14-11-2025
Ukrayna uzunmüddətli müharibəyə hazırlaşır
16:17 / 10-11-2025
150 il yaşamaq reallığa çevrilir
18:00 / 10-11-2025
Çin illik orbital buraxılış rekordunu yeniləyib
21:11 / 09-11-2025
Bərdədə nənə və nəvə dəm qazından ölüblər
16:53 / 12-11-2025
Təyyarə qəzasında həlak olan hərbçilər Türkiyə-Azərbaycan ittifaqının ilk şəhidləridir
09:47 / 11-11-2025
BMT qaçqın və köçkünlərlə bağlı həyəcan təbili çalır
00:50 / 12-11-2025
Qəzaya uğrayan Türkiyə hərbi təyyarəsinin bütün ekipaj üzvü həlak olub - (Yenilənib) - Fotolar
23:09 / 10-11-2025
Neftçala bazarında baş verən yanğın söndürülüb
12:45 / 11-11-2025
Ən uzun çayların yeni siyahısı tərtib olunub
12:13 / 11-11-2025
Yeni avtomobil dünya rekordu qazanıb
13:00 / 10-11-2025
Sabah hava necə olacaq? - Proqnoz
18:03 / 13-11-2025
Növbəti müharibələr kosmosda başlayacaq - Xəbərdarlıq
İyulun 7-də 28 699 abituriyent II və III ixtisas qrupları üzrə qəbul imtahanı verəcək
Tarix: 04-07-2019 11:44 | Bölmə: Cəmiyyət

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 7-də Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.
Reyting.az DİM-ə istinadla bildirir ki, imtahan ölkənin 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 57 binada aparılacaq. İmtahanların idarə olunmasına 205 imtahan rəhbəri və 2323 nəzarətçi-müəllim cəlb olunacaq.
Hazırda bütün regionlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. İmtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb, imtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün "stasionar metal axtaran aparat”lar quraşdırılıb. Təhlükəsizliyin təmin edilməsi məqsədi ilə imtahandan bir gün əvvəl DİM və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə imtahan mərkəzlərinə baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.
Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyulun 1-dən etibarən DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası” da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11.00-da başlayacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədi ilə "Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd abituriyentlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş abituriyentlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əsli;
- "İmtahana buraxılış vərəqəsi".
- 16 yaşı tamam olmamış (şəxsiyyət vəsiqəsində şəkli olmayan) abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.
İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.
İmtahanın müddəti 3 saatdır. Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların cavabları "cavab vərəqi”ində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə "cavab kartı”ında qeyd olunur. İmtahanın sonunda cavab vərəqləri və cavab kartları abituriyentlərdən təhvil alınır.
İmtahanda abituriyentlərə bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə II qrupda riyaziyyat, coğrafiya və tarix fənləri üzrə, III qrupda isə Azərbaycan dili, tarix və ədəbiyyat fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilir.
Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 5-i cavabların kodlaşdırılması tələb olunan hesablama, seçim və ya uyğunluğu müəyyən etmək tipli tapşırıqlardır. Digər açıq tipli 3 tapşırıq isə yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Açıq tipli tapşırıqlar üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Bu imtahanda (qəbul imtahanının ikinci mərhələsi) abituriyentlərin toplaya biləcəyi maksimal ümumi bal 400-dür. I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. Həm yaz, həm də yay qəbul imtahanlarında iştirak edənlər istədikləri imtahan nəticəsini seçə bilərlər.
Məlumat üçün bildirək ki, imtahanda 28699 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 11134 abituriyent II qrup üzrə, 17565 abituriyent III qrup üzrə imtahan verəcək.
Abituriyentlərdən 26523 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 10107, III qrup üzrə 16416 nəfər), 2176 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1027, III qrup üzrə 1149 nəfər) məzunudur. Abituriyentlərin 12411 nəfəri oğlanlar (II qrup üzrə 7456 nəfər, III qrup üzrə 4955 nəfər), 16288 nəfəri isə qızlardır (II qrup üzrə 3678 nəfər, III qrup üzrə 12610 nəfər). 25291 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2819 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 29 nəfər ali təhsil müəssisələrinin, 560 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 116 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1963-cü ildən, ən gənci isə 2004-cü ildəndir.
Bakı şəhərində 12608, Naxçıvanda 1532, Gəncədə 2977, Sumqayıtda 1460, Mingəçevirdə 1167, Şəkidə 1521, Bərdədə 1646, Göyçayda 1151, Şirvanda 1741, Lənkəranda 1841, Xaçmazda isə 1055 abituriyentin imtahan verəcəyi gözlənilir.
İmtahanın gedişini işıqlandırmaq üçün 40-dək KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.
Bölməyə aid digər xəbərlər

Bu gün, 14:42
Bakıda narkotik satışı ilə məşğul olunanlar saxlanılıb
Bu gün, 14:01
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
Bu gün, 12:20
Sabah hava necə olacaq? - Proqnoz
Dünən, 20:26
Bəzi rayonlarda leysan yağacaq - Xəbərdarlıq
Dünən, 17:03
Qıjı bitkisindən nadir mineral əldə edilib
Dünən, 15:21
Jurnalist Emin İbrahimov Türkiyədə qəzada ölüb
Dünən, 15:15
22 minə yaxın şəxs qripə qarşı peyvənd olunub
Dünən, 12:10
Sabahın hava proqnozu açıqlanıb
12-11-2025, 17:28
Beyləqanda itkin düşən qadının parçalanmış meyiti aşkarlanıb
12-11-2025, 16:56
Rüfət Hacıyevə hökm oxunub, əmlakı müsadirə olunub
12-11-2025, 16:48
İş adamının bahalı avtomobillərinə həbs qoyulub
12-11-2025, 15:03
"UĞUR 777 estetik mərkəzi"nin rəhbərliyinə cinayət işi açılıb
12-11-2025, 14:42
MN: "Ağdərə və Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək"
12-11-2025, 12:23
Sabahın hava proqnozu açıqlanıb
12-11-2025, 10:00
Bakıda poliklinikanın həyətində torpaq sürüşməsi olub - Video
12-11-2025, 08:21
Süni intellektin məntiqi yaddaşdan güclüdür
12-11-2025, 07:32
Rus robotu ilk təqdimat zamanı yıxılıb
10-11-2025, 23:09
Neftçala bazarında baş verən yanğın söndürülüb
10-11-2025, 13:00
Sabah hava necə olacaq? - Proqnoz
9-11-2025, 14:18
Sabahın hava proqnozu açıqlanıb
7-11-2025, 17:38
"Bakı Metropoliteni" gücləndirilmiş iş rejiminə keçəcək
7-11-2025, 14:10
DOST mərkəzləri bayram günlərində fəaliyyət göstərməyəcək
7-11-2025, 14:04
Qumar oyunlarını reklam edən 17 nəfər saxlanılıb
7-11-2025, 12:08
Sabah hava necə olacaq? - Proqnoz
7-11-2025, 08:54
Yeni texnologiya: "Superağıl" süni intellekti üstələyəcək
7-11-2025, 07:42
Trampın bəyanatını eşidən şirkət rəhbəri huşunu itirib
6-11-2025, 17:29
Moskva məhkəməsi azərbaycanlı qardaşlara hökm oxuyub
6-11-2025, 17:16
Regional Təhsil İdarəsinin müdir müavini yeni vəzifəyə təyinat alıb
6-11-2025, 13:03
İmtahanlara müdaxilə edən şəxslərin cinayət işi məhkəməyə göndərilib
6-11-2025, 12:20
Sabah hava necə olacaq? - Proqnoz
6-11-2025, 11:36
Eldar Əzizov rəisi vəzifədən azad edib
6-11-2025, 11:13
Meyxanaçı Vahid Qədim sevgilisini bıçaqlayıb
6-11-2025, 08:29
Dünyada ən çox meşə sahəsinə malik ölkələr... - Siyahı
5-11-2025, 18:03
Bu gün Super Ay hadisəsi müşahidə olunur
5-11-2025, 17:52
"Baza otel spa" adlı otelin müdiri saxlanılıb

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək