Bakıda kişiyə 43 min dollar "atan" qadın həbs edildi
Tarix: 04-07-2019 12:40 | Bölmə: Cəmiyyət
Bakıda kişiyə 43 min dollar "atan" qadın həbs edildi

Bakı sakinini aldadaraq 43 min dollarını alan qadın saxlanılıb.

DİN-nin Mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, “102-Zəng Mərkəzi” Xidmətinə müraciət edən Bakı şəhər sakini A.İsmayılov cari il yanvar ayının 25-də paytaxt sakini L.Əliyeva tərəfindən aldadılıb 43.000 ABŞ dollarının alındığını bildirib.

Müraciətlə əlaqədar Səbail Rayon Polis İdarəsində müvafiq araşdırmalar aparılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Əməliyyat-axtarış tədbirləri ilə L.Əliyeva polis əməkdaşları tərəfindən saxlanılıb. Onun cari ilin mart ayında Bakı şəhər sakini olan daha bir qadını aldadıb 4.000 manatını alması da müəyyən edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər